cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişdi”

15.05.2018 09:36 Oxundu 2374

Azərbaycan millisinin daha bir ağırlıqqaldıranda dopinq aşkarlanıb.

Bu dəfə 19 yaşlı İsa Rüstəmovun orqanizmində istifadəsi qadağan olunan preparat aşkarlanıb.

Belə ki, həmyerlimizdən götürülən dopinq-test müsbət nəticə verib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rüstəmovun boldenone preparatından istifadə etdiyi məlum olub. Bu səbəbdən də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ağırlıqqaldıranımızı 4 illik diskvalifikasiya edib. İdmançının cəza müddəti 2017-ci il noyabrın 24-dən başlayıb və 2021-ci ilin eyni günündə başa çatacaq.

Qeyd edək ki, Rüstəmov ötən ildən gənclər yığmamızın şərəfini qoruyur. O, 2017-ci ilin iyununda dünya və oktyabrında Avropa birinciliyinə qatılıb. İsanın ən yaxşı nəticəsi Albaniyada baş tutan qitə çempionatında qeydə alınıb. O, 6-cı yeri tutub.