cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Millimiz Gürcüstana uduzdu

17.05.2018 09:41 Oxundu 1586

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.


Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.


Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qollar: Ziya Əzizov, 66 (1:0), David Muciri, 79 (1:1), David Samurkasovi, 83 (1:2)
“Dalğa Arena”

(Qol.az)