17.05.2018 13:19
1903
1903

Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.
55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib.
Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir. Report