18.05.2018 13:35
2476
Mayın 22-29-da Almaniyanın paytaxtı Münhendə güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Yarışa Azərbaycan millisi də qatılacaq.
Dünya Kubokunda ölkəmizi Jalə Bayramova, Ruslan Lunyov və Nigar Nəsibova təmsil edəcəklər. Onlar 10 m və 25 m məsafələrə atəşaçma yarışlarında hədəf önünə keçəcəklər.
Yarışa ümumilikdə 85 ölkədə 823 snayper qatılacaq.(Apasport)