cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Türkiyə millisinə "Qalatasaray"dan heç bir futbolçu çağırılmadı - Siyahı

18.05.2018 17:22 Oxundu 2041

Türkiyə millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi Mirça Luçesku İran, Tunis və Rusiya ilə görüşlərə 26 futbolçu çağırıb. Maraqlıdır ki, rumıniyalı mütəxəssis çempionluğa əsas namizəd "Qalatasaray"dan heç bir futbolçuya dəvət göndərməyib.

Türkiyə millisinə çağırılan futbolçular bunlardır:

Qapıçılar: Volkan Babacan ("Başakşəhər"), Okan Kocuk ("İstanbulspor"), Serkan Kırıntılı ("Konyaspor")

Müdafiəçilər: Şənər Özbayraklı, Mehmet Topal, Hasan Ali kaldırım (hamısı "Fənərbaxça"), Zeki Çelik ("İstanbulspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Ərtoğrul Ərsoy ("Bursaspor"), Kaan Ayhan ("Fortuna", Düseldorf, Almaniya), Ömər Bayram ("Akhisarspor")

Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Yusuf Yazıçı, Okay Yokuşlu (hamısı "Trabzonspor"), Deniz Türüç ("Kayserispor"), Əmrə Akbaba ("Alanyaspor"), İrfancan Kahveçi, Mahmut Tekdemir ( hər ikisi "Başakşəhər"), Oğuzxan Özyaqub ("Beşiktaş"), Sərdar Gürlər ("Osmanlıspor"), Tarkan Sərbəst ("Austriya", Vyana, Avstriya), Hakan Çalhanoğlu ("Milan", İtaliya)

Hücumçular: Ümut Bulut ("Kayserispor"), Cenk Tosun ("Everton", İngiltərə), Kenan Karaman ("Hannover", Almaniya)

Qeyd edək ki, Türkiyə millisi mayın 28-də İstanbulda İran, iyunun 1-də İsveçrənin Cenevrə şəhərində Tunis, iyunun 5-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.(Qol.az)