cümə axşamı, 24 yanvar 2019

DIGƏR NÖVLƏR

Azərbaycanın 2 samboçusu Avropa çempionatında bürünc medal qazanıb

19.05.2018 09:56 Oxundu 680

Yunanıstanın paytaxtı Afinada sambo və döyüş sambosu üzrə Avropa çempionatına start verilib.

İlk yarış günündə Azərbaycan millisi 2 medal qazanıb.

68 kq çəki dərəcəsində çıxış edən samboçu Emil Həsənov bürünc medala sahib olub. Eyni əyarlı medala döyüş samboçusu Nəbi Məmmədov da sahib çıxıb. O, 100 kq çəkidə mükafatçı olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 20-dək davam edəcək.