cümə axşamı, 24 yanvar 2019

DIGƏR NÖVLƏR

Gürcü cüdoçular federasiya prezidentinin kabinetinin qapısını mismarlayıb

22.05.2018 13:56 Oxundu 637

Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb etməyə davam edirlər və 20 gündür məşq etməkdən imtina edirlər.

Cüdoçular federasiya prezidentinin kreslosunu zibil qutusuna atıblar və D. Kevxişvilinin kabinetinin qapısını mismarlayıblar. Yığmanın kapitanı Varlam Lipartelaini bildirib: “Biz Kevxişvilinin istefasını ona görə istəyirik ki, onun fəaliyyəti Gürcüstanda cüdonun inkişafına mənfi təsir göstərir. Qələbə qazanadək etirazları davam etdirəcəyik”. Yeniavaz.com