cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Generallar AXC-nin yubileyinə həsr olunan veloyürüşdə - Fotolar

28.05.2018 10:45 Oxundu 3014

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib.

Veloyürüş Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilib.

Veloyürüşdə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.(Qafqazinfo)