cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

İdmançımız gümüş medal qazanıb

28.05.2018 14:03 Oxundu 3406

Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) Gənclər arasında ilk liqa turnirində iştirak edən milli komandamızın üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub.

Cempion.az xəbər verir ki, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner, asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla yanaşı, ikiqat avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.

Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirakedib.

Payızda Yeniyetrmələrin yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlıqları davam etdirəcəklər.