çərşənbə, 31 dekabr 2025

DÜNYA FUTBOLU

"Borussiya"nın futbolçusu "Arsenal"da

28.05.2018 17:29 Oxundu 2028

“Borussiya”nın futbolçusu Sokratis Papastapopulos “Arsenal”a keçməyə yaxındır.

Klublar 16 milyon avro qarşılığında bu transferə razılaşıblar. Bu həftə yunanıstanlı müdafiəçinin London klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2013-cü ildən Dortmund klubunda çıxış edir. Qol.az