2400
Türkiyə Super Liqasının yeni mövsümdə adı bəlli olub. Türkiyə Futbol Federasiyasının saytının məlumatına görə, qardaş ölkənin əsas çempionatı 2016-2017 mövsümündə bu ilin iyul ayının 7-də 84 yaşında dünyasını dəyişən "Qalatasaray"ın və Türkiyə millisinin əfsanəvi qapıçısı, "Berlin panterası" ləqəbi ilə tanınan Turqay Şerenin şərəfində adlandırılacaq. Bununla da Seleyman Seba və Hasanın Doğanın ardından növbəti dəfə bir şəxsin adına çempionat keçiriləcək.
.jpg)
Turqay Şeren 1932-ci ilin may ayının 15-də anadan olub və 1949-50-ci il mövvsümündə "Qalatasaray"ın A heytində ilk matçına çıxıb. Futbolçu kimi "Qalatasaray"da yetişib və bütün karyerasını bu komandada keçirib. Karyerasını İstanbul təmsilçisinə həsr edən qolkiper milli komandaya qədər yüksəlib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2:1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü ilin dünya çempionatının final mərhələsində çıxış edib. O, yığma forması ilə 46 dəfə meydanda olub.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.