çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Siti” 2 futbolçu üçün 102 milyon funt ödəyəcək

01.06.2018 10:11 Oxundu 1932

“Mançester Siti” 2 futbolçunun transferini reallaşdırmaq üzrədir.

BBC-nin yaydığı xəbərə görə, “Napoli”nin yarımmüdafiəçisi Jorjinyo və “Lester”in xavbeki Riyad Marez karyeralarını “şəhərlilər”in heyətində davam etdirməyə yaxındırlar.


“Mançester Siti” İtaliya millisinin formasını geyən Jorjinyo üçün 42, əlcəzairli Marez üçün isə 60 milyon
funt ödəyəcək. Hər iki keçidin qarşıdakı günlərdə rəsmiləşəcəyi bildirilir. (Qol.az)