06.06.2018 20:14
1863
Argentinanın keçmiş futbolçusu Diyeqo Armando Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.
Cempion.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, futbolçu xəstəxanada dizindən əməliyyat olunacaq. 57 yaşlı Maradonanı cərrah German Oçoa əməliyyat edəcək. O, 17 il əvvəl argentinalını hər iki dizindən əməliyyat edib. Maradona 4 aydır ayaq ağrılarından əziyyət çəkirmiş.