cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Lionel Messi: "Zidanın gedişinə çox təəccübləndim"

07.06.2018 11:10 Oxundu 2616

İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Zinəddin Zidanın “Real Madrid”in baş məşqçi postundan istefasına münasibət bildirib.

“Mundo Deportivo” xəbər verir ki, 31 yaşlı hücumçu fransalı mütəxəssisin vəzifəsini tərk etməsinin gözlənilməz olduğunu söyləyib. O, Zidanın gedişinə çox təəccübləndiyini açıqlayıb: "Çünki heç kim bunu gözləmirdi. Amma Zidanın da bunun üçün səbəbləri vardı. Bundan sonra nə edəcəyini bilmirəm. O, “Real Madrid”dəki işini başa vurmaq üçün yaxşı anı seçdi. Axı, Zidan demək olar ki, hər şeyi qazandı. Heç kim onu qınaya bilməz”.

Argentinalı forvard Kriştianu Ronaldunun “Real Madrid”dən mümkünü gedişinə isə şərh verməkdə çətinlik çəkdiyini bildirib: “Heç kim Ronaldunun bundan sonra nə edəcəyini bilmir. Ona görə də belə şayiələrə şərh verə bilməyəcəyəm. Təbii ki, bu və ya digər qərarı qəbul etmək üçün onun öz səbəbləri var. Bu, şəxsi seçimdir”.

Qeyd edək ki, Ronaldunun Fransanın PSJ klubuna keçəcəyi deyilir.(Report)