09.06.2018 09:11
2944
2944
.jpg)
Yığmamız Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirəcək. Qurban Qurbanovun komandası səfərdə Latviyanın qonağı olacaq. Riqada, “Dauqava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyunu olacaq. Bunadək Belarus və Qazaxıstana uduzan yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Qırğızıstana qalib gəlib.
9 iyun
Yoldaşlıq görüşü
19:00. Latviya – Azərbaycan
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu
(Qol.az)