cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

FİFA reytinqinin yeni hesablanma sistemini açıqladı - SİYAHI

11.06.2018 10:08 Oxundu 1911

FİFA milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb.

Yenilənmiş reytinq iyuldan tətbiq olunacaq.

Yeni siyahı hazırlanarkən, oyunun əhəmiyyəti nəzərə alınacaq. Daha dəqiqi,

- Oyun pəncərəsindən kənar keçirilən yoldaşlıq görüşü üçün 5 xal;

- Pəncərə vaxtı keçirilən yoldaşlıq görüşü üçün 10 xal;

- UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün 15 xal;

- UEFA Millətlər Liqasının "pley-off" və final matçları üçün 25 xal;

- Qitə çempionatlarının və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25 xal;

- Qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal;

- Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FİFA Konfederasiyalar Kubokunun bütün oyunları üçün 40 xal;

- Dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50 xal;

- Dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal

hesablanacaq. Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5 əmsalla qiymətləndiriləcək, məğlubiyyət isə 0-a bərabər olacaq.

Digər tərəfdən, qitələrarası əmsallar ləğv olunacaq. Hazırda istifadədə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstəricidə mundialın ən aşağı reytinqli komandasına çevrilib.

Qeyd edək ki, Azərbaycan millisi iyunda 2 yoldaşlıq görüşü keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda səfərdə Qazaxıstana 0:3 hesabı ilə uduzduğu halda, Latviyaya qalib gəlib - 3:1. İyun reytinqində yığma 21 pillə irəliləyərək, 321 xalla 105-ci pilləyə yüksəlib. Report