çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Ardanın meneceri dedi ki...

14.07.2016 14:25 Oxundu 1863

Türkiyə milli yığmasının kapitanı və "Barselona" klubunun ulduz oyunçusu Arda Turan karyerasını "Barselona"da davam etdirəcək. Bu barədə futbolçunun meneceri Ahmet Bulut "Guardian" qəzetinə məlumat verib.

Son günlər "Barselona"nın Ardanı satacağı ilə bağlı məlumatlar yayılır. Amma "The Guardian"a danışan menecer xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Arda ilə digər klubların maraqlanması normal haldır. Amma onun "Barselona"da ayrılacağı barədə gəzən dedi-qodular doğru deyil. Arda klubunda xoşbəxtdir".

Qeyd edək ki, İspaniya mətbuatında Arda ilə "Çelsi"nin, "Arsenal"ın, "Yuventus"un və "Borussiya"nın maraqlandığı ilə bağlı materiallar dərc olunub.