cümə axşamı, 24 yanvar 2019

DÜNYA FUTBOLU

Dünya çempionatının ən yaxşı gənc futbolçuları

12.06.2018 13:26 Oxundu 548

Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının startına iki gün qalır. Apasport.az saytının məlumatına görə, Fransanın “Le Monde” nəşri mundial ərəfəsində DÇ-2018-in ən istedadlı gənc futbolçularının siyahısını hazırlayıb.

Siyahıda bu futbolçuların adları yer alıb: Marko Asensio (“Real”, İspaniya), İrvinq Losano (PSV, Meksika), Qonsalu Qedeş (PSJ, Portuqaliya), Amin Harit (“Şalke”, Mərakeş), Aleksandr Qolovin (MOİK, Rusiya), Əlirza Cahanbaxş (AZ, İran) və Kristian Pavon (“Boka Xuniors”, Argentina).

Qeyd edək ki, 2014-cü ildə dünya çempionatının ən yaxşı gənc oyunçusu Pol Poqba seçilmişdi.