cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Məsud Özil bu fotoya görə millidən getdi

23.07.2018 14:25 Oxundu 3091

Məsud Özil Almaniya milli komandasında karyerasını başa vurduğunu açıqlayıb. Cempion.az-ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, dünya çempionatından əvvəl və onun keçirildiyi dövrdə üzləşdiyi tənqidlər, habelə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi fotoşəkildən sonra sərt reaksiyaya məruz qaldığına görə bu addımı atdığını qeyd edib. Futbolçu bu qərarı qəbul etməyin həqiqətən də çox çətin olduğunu deyib. O bildirib: "Çünki komanda yoldaşlarım və Almaniyanın yaxşı insanları üçün meydançada həmişə bütün gücümü verdim. Federasiya nümayəndələri isə mənim türk əsilli olmağıma hörmətsizlik etdilər. Artıq bəsdir. Yaşanan hadisələrdən sonra uzun müddət düşündüm və irqçilik ilə hörmətsizliyi hiss etdiyimə görə milli komandanı tərk edirəm".