cümə axşamı, 21 mart 2019

DÜNYA FUTBOLU

"Özilin millidən getməsinə sevinirəm" - "Bavariya"nın prezidenti

23.07.2018 15:07 Oxundu 814

"Bavariya"nın prezidenti Uli Höness Məsut Özilin Almaniya millisindəki karyerasını bitirməyinə münasibət bildirib. O, türk əsilli futbolçunun yığmadan getməsinə sevindiyini söyləyib:

"Sevinirəm ki, hər şey başa çatdı. Özil illərdir bərbad oynayır. O, sonuncu dəfə DÇ-2014-dən əvvəl hansısa oyunda rəqibdən top almışdı".

Qeyd edək ki, Özil dünən şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlayıb. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.(Qol.az)