cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

ÇL: II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

26.07.2018 09:52 Oxundu 2143

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə 5 qarşılaşma keçirilib. "Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri BATE (Belaus) və HİK (Finlandiya) Belarusda üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.

Hollandiyanın tanınmış "Ayaks" klubu doğma meydanda Avstriyanın "Şturm" komandasını sınağa çəkib. Matç Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şotlandiya çempionu "Seltik" isə Norveç "Rosenborq"unu evdə 3:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyunlar

25 iyul

21:00 BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya) - 0:0

21:00 "Kukesi" (Albaniya) - "Qarabağ" (Azərbaycan) - 0:0

21:00 "Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) - 0:0

22:30 "Ayaks" (Hollandiya) - "Şturm" (Qrats, Avstriya) - 2:0

Qollar: Hakim Ziyeş, 15. Lasse Şöne, 57

22:45 "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 3:1

Qollar: Odson Eduar, 43;75 Olive Ntşam, 46 - Birger Melinq, 16

(Report)