11.08.2018 09:35
2297
Türkiyənin "Qalatasaray" klubu Rusiya milli komandasının və "Zenit"in futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir.
Klub 30 yaşlı hücumçunun agentini danışıqlar aparmaq üçün İstanbula dəvət edib.
Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.