çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın qapıçısı karyerasını başa vurandan sonra rejissor olacaq

14.08.2018 10:33 Oxundu 2350

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson futbolçu karyerasını başa vurandan sonra rejissor kimi fəaliyyət göstərəcək.

İslandiya millisinin üzvü köhnə peşəsinə qayıtmaq fikrindədir. Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusda BATE ilə cavab görüşü ərəfəsində fikirlərini bölüşən 34 yaşlı qolkiper bu işdən zövq aldığını deyib: “İslandiya çempionatında peşəkar klublar çıxış edirlər. Vətənimdə oynayanda kino sahəsində də çalışırdım. Hər zaman bir rejissor kimi şəkilləri musiqi ilə birləşdirməkdən və rejissor kimi nə isə yaratmaqdan xoşum gəlirdi. Futbolçu karyeramı başa vuran kimi mütləq bu peşəyə qayıdacağam”.

Halldorsson 320 min əhalisi olan İslaniyanın yığma komandasının son illər Avropa və dünya çempionatlarına vəsiqə qazanmasına da toxunub. O, “uğurun sirri nədədir” sualını belə cavablandırıb: “Bu, dəqiq cavabı olmayan milyon dollarlıq sualdır. Uğrularımız əməksevərlik, savadlı məşqçi korpusu, yaxşı futbolçu nəsli, bütün İslandiya xalqının dəstəyi, komanda ruhu, futbolçular arasında dostluq və beynəlxalq arenada ölkə üçün çıxış etməyin qürurverici olması ilə bağlıdır”.

Qeyd edək ki, bu gün Borisovda keçiriləcək BATE - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. (Report)