cümə axşamı, 24 iyul 2025

DÜNYA FUTBOLU

Futbolçu oyun zamanı həbs edildi

21.08.2018 13:41 Oxundu 2587

“Yunion Kimbiri” və “Sport Xuanta” komandaları arasında keçirilən Peru Kubokunun matçı polis əməkdaşlarının müdaxilə etməsinə görə yarımçıq dayandırılıb. Cempion.az-ın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, oyun zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “Yunion Kimbiri”nn forvardı Sezar Montalvonu meydançadan çıxarıblar.

Futbolçu şəxsiyyət oğurluğunda ittiham olunur. Belə ki, S. Montalvo iki il ərzində özgə ad və soyad ilə qeydiyyatdan keçib. Məlum olub ki, oyunçunun əsl adı Xose Kontrerasdır. Futbolçu ittihamları rədd edərək cinayətkar olmadığını bildirib.

Matç 2:0 hesabı ilə “Sport Xuanta”nın xeyrinə olarkən dayandırılıb və sonadək oynanılmayıb. Komanda avtomatik olaraq turnirin növbəti raunduna keçib.