çərşənbə, 23 iyul 2025

BİZİM FUTBOL

"Neftçi" "Qarabağ"la oyunun hazırlığına start verib

21.08.2018 15:21 Oxundu 3495

“Neftçi” Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığına start verib.

Ötən tur “Qəbələ” ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib.

Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyib. Müalicəsini başa vuran Rəşad Eyubov və “Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər. Hazırlıq prosesi sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 26-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq. “Ağ-qaralar” 2 turdan sonra 6 xalla vahid liderdir.(Report)