çərşənbə, 23 iyul 2025

DÜNYA FUTBOLU

“Benfika” Türkiyə millisinin üzvünü istəyir

24.08.2018 13:31 Oxundu 2472

Portuqaliyanın "Benfika" klubu "Trabzonspor"un 19 yaşlı futbolçusu Abdülkadir Ömürü heyətini qatmaq istəyir.

Cempion.az idmanxeber.az-a istinadən bildirir ki, gənc ulduz karyerasını Portuqaliyada davam etdirə bilər.

"Benfika" klubu bu transfer üçün qarşı tərəfə 16 milyon avro təklif etsə də, Qara Dəniz təmsilçisi 20 milyon avro tələb edib. Sözügedən oyunçunun keçidi üçün Portuqaliya klubunun rəhbərliyi yaxın günlərdə "Trabzonspor"la bir daha görüşəcəyi bildirilib.