çərşənbə, 23 iyul 2025

DÜNYA FUTBOLU

Ramil Şeydayevin çıxış etdiyi klubun Rusiya Kubokunda ilk rəqibi müəyyənləşib

24.08.2018 13:43 Oxundu 2255

Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" mübarizəyə bu mərhələdən başlayacaq. Samara təmsilçisi "Tambov"a rəqib olub. Görüş Tambovda keçiriləcək. 1/8 finala vəsiqənin sahibi bir oyunun nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, "Tambov" Rusiya I Divizionunda mübarizə aparır. (Report)