çərşənbə, 23 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"ın qapıçısı İsveçrə və Belçika yığmaları ilə oyunlara çağırılıb

25.08.2018 13:16 Oxundu 2820

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson UEFA Millətlər Liqasının oyunları üçün İslandiya millisinə çağrılıb.

34 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Erik Hamrenin dəvət göndərdiyi 23 oyunçu sırasında yer alıb.

Qeyd edək ki, Halldorsson 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Rannes” klubundan “Qarabağ”a transfer olunub. İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq. (Report)