14.07.2016 19:34
1858
1858
“İnter” Türkiyə toplanışı çərçivəsində ilk hazırlıq matçını keçirib. Ankarada növbəti mövsümə hazırlaşan “bankirlər” birinci yoxlama oyununu Superliqa komandası “Kasımpaşa”ya qarşı keçirib.Görüş bakılıların qələbəsi ilə başa çatıb. Zaur Svanadzenin yetirmələri 2:1 hesablı qalibiyyətə seviniblər. “İnter”in heyətində 13-cü dəqiqədə Nizami Hacıyev, 41-ci dəqiqədə isə Adrian Skarlatake fərqlənib. Rəqibin yeganə qoluna isə 70-ci dəqiqədə penaltidən Kaya imza atıb.