cümə, 29 mart 2024

GÜLƏŞ

Mariya Stadnik çempion oldu

09.09.2018 11:19 Oxundu 2826

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.

Cempion.az oxu.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

M.Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb.

Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

Beləliklə, Mariya daha bir yarışda çempion olub.