çərşənbə axşamı, 16 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanda yenidən ağırlıqqaldırma üzrə Dünya Kuboku keçirilə bilər

20.09.2018 14:06 Oxundu 2004

“Altı ilə əvvəl Azərbaycanda Dünya Kuboku çox yüksək səviyyədə keçirilmişdi. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov mənimlə görüşdə yenidən bu yarışı təşkil etmək niyyətini ifadə etdi”.

Bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla yanaşı, Rusiya, Çin və ABŞ da bu yarışın təşkilində maraqlıdır: “Razılaşdıq ki, bununla bağlı layihə hazırlansın və gələn il Dünya Kuboku Azərbaycanda keçirilə bilsin. Bunun üçün növbəti həftələrdə vitse-prezident Tofiq Heydərovla görüşüm olacaq. Çin və Rusiya da bu yarışı keçirmək istədiyini bildirib. Mən isə Dünya Kubokunun Azərbaycan və ABŞ-da da təşkil olunmasını istərdim. Yarış üçün mükafat fondu və xüsusi reqlament olmalıdır”. (Report)