şənbə, 20 aprel 2024

GÜLƏŞ

Üçüncü gündə ilk medal

23.09.2018 19:04 Oxundu 2715

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib. Cempion.az saytı xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib. Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib. Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda isə yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb. Bu çəki dərəcəsində digər bürünc mükafatçı Mohammad Mohammadi olub. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub. Krista Dequçu və Sumiya Dorjsuren bürünc medal qazanıblar. Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.