şənbə, 16 fevral 2019

DÜNYA FUTBOLU

Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu - VİDEO

24.09.2018 10:13 Oxundu 243

İtaliya “Parma”sının hücumçusu Jervinyo A Seriyasında “Kalyari” ilə oyunda bütün meydanı topla keçərək qol vurub.

47-ci dəqiqədə afrikalı legioner topu öz cərimə meydançası yaxınlığında ələ keçirərək irəli atılıb. Ardıcıl bir neçə futbolçunu aldadan Jervinyo rəqib qapısına qədər irəliləyib və qola imza atıb.

Fərqlənmək üçün forvard 80 metr məsafəni qət edib.

Görüş “Parma”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

(Oxu.az)

futbolcu