cümə, 19 aprel 2024

BİZİM FUTBOL

UEFA "Qarabağ"a 4 milyon avro ödədi

24.09.2018 17:16 Oxundu 2304

UEFA “Qarabağ”ın UEFA Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə kluba 4 035 740.00 avro pul ayırıb. AFFA-nin rəsmi saytının yaydığı xəbərə görə bu məbləğ artıq klubun hesabına köçürülüb:

- Avropa Liqasinda iştirakı üçün – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro
- Əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə – 1 285 740.00 (bir milyon iki yüz səksən beş min yeddi yüz qırx) avro.