
“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün V turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. “Qəbələ”yə qarşı keçirilən oyunda fransalı 2 qolun müəllifi olub. Araşdırmalara əsasən Zubir turun ən yüksək indeksə malik olan futbolçusudur.
Topaz Premyer Liqasının V turunun rəmzi komandası da müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, “İnStat” şirkətinin təhlili əsasında formalaşdırılmış rəmzi komandanın heyəti belədir:
Qapıçı: Saşa Stamenkoviç (“Sabah”)
Müdafiəçilər: Şəhriyar Rəhimov (“Səbail”), Anton Krivotsyuk (“Neftçi”) - 3, Yakub Jezniçak ("Qarabağ”) - 2, Abbas Hüseynov ("Qarabağ") - 2
Yarımmüdafiəçilər: Abdulla Zubir (“Qarabağ”), Miçel (“Qarabağ”), Rahid Əmirquliyev (“Səbail”), Con Delarj (“Qarabağ”)
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi") - 2, Araz Abdullayev (“Qarabağ”).
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.