cümə axşamı, 12 iyun 2025

DİGƏR NÖVLƏR

Azərbaycanda neçə idman federasiya var?

26.09.2018 16:00 Oxundu 4419

İdman mətbuatına nəzər salsaq xəbərlərin çoxunun futboldan olduğunu görərik. Çünki futbola idmanın şahı deyirlər. Çox olmasa da, güləş, boks, voleybol, həndbol kimi idman növlərdən də informasiyalara da rast gəlirik. Bəs idman növləri bunlarla məhdudlaşırmı? Əlbəttə, yox. Cempion.az-ın qısa araşdırmasın dan sonra məlum olub ki, ölkədə nə az, nə də azacıq - düz 61 federasiya var. Bunların hamısı fəaliyyıt göstərirmi? Demək çətindir. Çünki, bəzi federasiyaların adları belə qəribədir və onların fəaliyyətlərinin istiqamətini öyrənmək üçün uzun araşdırmalara ehtiyac var. Biz isə oxucularımıza federasiyaların və onların rəhbərlərinin adlarını təqdim etməklə kifayətlənirik.

Azərbaycan Ağırlıqqaldırma Federasiyası - Prezident: Əsgərov Cahangir Cəlal oğlu

Azərbaycan Aykido Federasiyası - Prezident: Ələsgərov Fərhad Qulam oğlu

Azərbaycan Atıcılıq Federasiyası - Prezident: Axundov Vaqif Əlibala oğlu

Azərbaycan Atletika Federasiyası - Prezident: Hüseynzadə Çingiz Muxtar oğlu

Azərbaycan Avarçəkmə Federasiyası - Prezident: Zeynalov Elçin Fuad oğlu

Azərbaycan Avtomobil Federasiyası - Prezident: Ələkbərov Anar Sahib oğlu

Azərbaycan Basketbol Federasiyası - Prezident: Nəsibov Nadir Ali oğlu

Azərbaycan Bilyard İdmanı Federasiyası - Prezident: Bədəlov Valeh Cəbrayıl oğlu

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası - Prezident: Bunyatəliyev Rauf Əliheydər oğlu

Azərbaycan Boks Federasiyası - Prezident: Heydərov Kəmaləddin Fəttah oğlu

Azərbaycan Boulinq Federasiyası - Prezident: Xəlilov Cavanşir Ağasəlim oğlu

Azərbaycan Ciu-Citsu Federasiyası - Prezident: Seyidov Mirəli Mircəlal oğlu

Azərbaycan Coriyo Kunq-Fu Federasiyası - Prezident: Mahmudzadə Davud Hüseynəli oğlu

Azərbaycan Cüdo Federasiyası - Prezident: Abdullayev Rövnəq İbrahim oğlu

Azərbaycan Dağ Xizəyi Federasiyası - Prezident: Xəlilov Rauf İsgəndər oğlu

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası -

Prezident: Bağırov Hüseynqulu Seyid oğlu

Azərbaycan Dama Federasiyası - Prezident: Mustafayev Vaqif Behbud oğlu

Azərbaycan Ənənəvi Karate-Do Federasiyası - Prezident: Hətəmov Əhməd Süleyman oğlu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - Prezident: Abdullayev Rövnəq İbrahim oğlu

Azərbaycan Gimnastika Federasiyası - Prezident: Əliyeva Mehriban Arif qızı

Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası -

Prezident: Cabbarov Camal Xəlil oğlu

Azərbaycan Güləş Federasiyası - Prezident: Məmmədov Fazil Əsəd oğlu

Azərbaycan Hapkido Federasiyası - Prezident: Məmmədli Süleyman Bağır oğlu

Azərbaycan Həndbol Federasiyası - Prezident: Məmmədov Saleh Ərşad oğlu

Azərbaycan İdman Rəqsləri Federasiyası - Prezident: Məmmədov Etibar Əhməd oğlu

Azərbaycan Kamandan Oxatma Federasiyası - Prezident: Möhsümov Şahin Arif oğlu

Azərbaycan Kapoeyra Federasiyası - Prezident: Şamilov Ruslan Zahid oğlu

Azərbaycan Karlar İdmanı Federasiyası - Prezident: Hacıyev Akif İsrafil oğlu

Azərbaycan Kikboksinq Federasiyası - Prezident: Əliyev Adil Abış oğlu

Azərbaycan Konkisürmə Federasiyası - Prezident: Xəlilov İsgəndər Ağasəlim oğlu

Azərbaycan Kontakt Karate Federasiyası - Prezident: Ağayev Ariz Arif oğlu

Azərbaycan Kunq-Fu Federasiyası - Prezident: Aslanov Nurlan Dilqəm oğlu

Azərbaycan Kyokuşin Karate Federasiyası - Prezident: Heydərov Natiq Heydər oğlu

Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası -

Prezident: Əzizov Teyyub Agayar oğlu

Azərbaycan Milli İdman Növləri Assosiasiyası - Prezident: Qurbanov Xanlar Kazım oğlu

Azərbaycan Milli Karate Federasiyası - Prezident: Bəşirov Yaşar Eyyub oğlu

Azərbaycan Milli Paralimpiya Komitəsi - Prezident: Rəhimov İlqar Elxan oğlu

Azərbaycan Motosiklet İdmanı Federasiyası - Prezident: Səfərəıiyev Kür Məcid oğlu

Azərbaycan Muay-Tay Tayboks Federasiyası - Prezident: Həsənov Azər Kamal oğlu

Azərbaycan Otüstü Hokkey Federasiyası - Prezident: Məmmədov Fazil Əsəd oğlu

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası -

Prezident: Əsgərov Azad Əsgər oğlu

Azərbaycan Peyntbol Federasiyası - Prezident: Hüseynli Əli Məhəmməd oğlu

Azərbaycan Poverliftinq Federasiyası - Prezident: Əliyev Ələddin Məhəmməd oğlu

Azərbaycan Qalaqapı (Qo) Federasiyası - Prezident: Cəfərov Qənbər Məhərrəm oğlu

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası -

Prezident: Allahverdiyev Tanrıverdi Əslan oğlu

Azərbaycan Qol Güləşi Federasiyası - Prezident: Əhmədov Cəsarət Mehman oğlu

Azərbaycan Qolf Federasiyası - Prezident: Anar Məmmədov

Azərbaycan Reqbi Federasiyası - Prezident: Rəfibəyli Eldəgiz İslam oğlu

Azərbaycan Şahmat Federasiyası - Prezident: Rüstəmov Elman Sırac oğlu

Azərbaycan Sambo Federasiyası - Prezident: Məmmədov Ceyhun Məhəmməd oğlu

Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyası - Prezident: Əliyev Rafiq Haqverdi oğlu

Azərbaycan Atçılıq Federasiyası - Prezident: Quliyev Elçin İşağa oğlu

Azərbaycan Badminton Federasiyası - Prezident: Cabbarov Mikayıl Çingiz oğlu

Azərbaycan Stolüstü Tennis Federasiyası - Prezident: Mustafayev Şahin Abdulla oğlu

Azərbaycan Taekvondo Federasiyası - Prezident: Heydərov Kəmaləddin Fəttah oğlu

Azərbaycan Voleybol Federasiyası - Prezident: Qurbanov Cavid Qənbər oğlu

Azərbaycan Qılıncoynatma Federasiyası - Prezident: Cabbarov Mikayıl Çingiz oğlu

Azərbaycan Triatlon Federasiyası - Prezident: Məhərrəmov Azər Əhməd oğlu

Azərbaycan Üzgüçülük Federasiyası - Prezident: Fətiyev Xanlar Nuru oğlu

Azərbaycan Velosiped Federasiyası - Prezident: Məmmədov Fazil Əsəd oğlu

Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası- Prezident: Sayadov Asif Məhəmmədhənifə oğlu