26.09.2018 16:29
2501

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşanqi Kokauri dünya çempionatının yarımfinalına yüksəlib. O, Bakıda keçirilən turnirdə fərdi yarışların son günündə tatamı üzərinə çıxıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan Kokauri çempionata ikinci mərhələdən qoşulub. Belarus təmsilçisi Vladislav Tsiarpitski və polşalı Matsey Sarnaçkini məğlub edən idmançımız 1/4 finalda çexiyalı Lukaş Kpraleklə qarşılaşıb. 2014-cü ilin dünya, 2016-cı ilin Olimpiya, 2018-ci ilin Avropa çempionu ilə mübarizədə də qalib gələn Uşanqi yarımfinala yüksəlib. Təmsilçimiz finala vəsiqə uğrunda qarşılaşmada özbəkistanlı Bahmurod Oltiboyevlə üz-üzə gələcək.