27.09.2018 11:49
2586

"Neftçi” Topaz Premyer Liqasının 6-cı turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir. Lubun rəsmi saytı bildirir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Qoran Paratski və Kirilo Petrov da artıq komanda ilə hazırlığa qoşulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, sentyabrın 29-da "Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Səbail” oyunu saat 18:55-də start götürəcək.