27.09.2018 12:06
2660

Dünən "Qarabağ"-"Zirə" qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək əvəzlənən Donald Gerryenin vəziyyəti qeyri-müəyyənliyini qoruyur. Klubun mətuat xidmətinin rəhbəri Nurlan İbrahimov cempion.az-a verdiyi açıqlamada futbolçunun çiyinin çıxdığını bildirib: "Gerryenin vəziyyəti barədə hələ qəti söz demək çətindir. Futbolçunun çiyini çıxmışdı. Həkimlərimiz ona ilkin yardımı göstəriblər. Bu gün yenidən müayinə olunacaq. Gerryenin "Arsenal"la oyuna qədər tam bərpa olunub-olunmayacağı haqda son sözü, yəqin ki, bugünü müayinədən sonra demək olacaq. Biz də o vaxta qədər sağalacağına ümid edirik".