bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Çempionatda "ikihakimiyyətlilik" yarandı

27.09.2018 12:20 Oxundu 3051

Topaz Premyer Liqasının birinci turundan təxirə salınmış "Qarabağ"-"Zirə" matçı keçiriləndən sonra yarış cədvəlində "ikihakimiyyətlilik" yaranıb. Azərbaycan çempionu rəqibini məğlub edərək (3:2) "Neftçi" ilə aralarında olan xal fərqini ləğv edib. "Qarabağ" əlavə göstəricilərə görə cari çempionatda ilk dəfə turnir cədvəlinin zirvəsinə yüksəlib. "Neftçi" və "Qarabağ" bu çempionatda keçirdikləri 5 oyunun 4-də qələbə qazanıb, yalnız öz aralarında keçirrdikləri oyundan "sülhlə" ayrılıblar. Onların hər birinin 13 xalı var.

Liderləri 10 xalla çempionatın debütantı "Sabah" komandası izləyir.