
Məlum olduğu kimi, Fransa millisinin və "Mançestr Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək üçün dünya nəhəngləri -"Real" (Madrid), "Yuventus", PSJ və "Barselona" arasında qızğın mübarizə gedir. Futbolçu özü isə baş məşqçisi Joze Mourinyo ilə aralarnda olan mübahisəyə görə komandasını dəyişmək istəyir və iddiaçılar arasında kotaloniya klubuna keçməyə müsbət yanaşır. Lakin İspaniyanın "El Mundo Deportivo" nəşrinin verdiyi məlumatına görə, "Barselona" bu mübarizədən imtina edə bilər. İspaniya çempionunu bu transfer üçün lazım olan xərclər çox qayğılandırır. Belə ki, fransalı futbolçunun transferi üçün 100 milyon, illik maaşı üçün isə 12 milyon avro xərcləmək lazımdır. Futbolçu ilə bağlanacaq müqavilənin müddətinin 4 və ya 5 il olacağını nəzərə alanda bu məbləğin xeyli şişəcəyini görə bilərik. Bundan başqa Poqbanın agenti Mino Rayole üçün də yüksək məbləğli komission xərcləri tələb olunur.