bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

VAR sisteminin tətbiq dairəsi genişləndiriləcək

27.09.2018 15:12 Oxundu 2389

Növbəti mövsümdən başlayaraq Hakimlərə Video Yardım (VAR) sistemi Çempionlar liqasında da tətbiq olunacaq. Bu barədə UEFA-nin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, bu qərar UEFA İcraiyyə Komitəsinin son iclasında qəbul olunub.

UEFA prezidenti Aleksandr Çeferin bildirib ki, Çempionlar Liqasında VAR sisteminin gələn ilin avqust ayında başlaması etibarlı sistem yaratmaq və hakimləri bu sistemlə effektli və uğurlu işləməyə hazırlamaq üçün bizə kifayət qədər vaxt verir. Onun sözlərinə görə, VAR sistemi 2019-cu ilin UEFA Superkubokunun finalında, 2020-ci ilin Avropa Çempionatında, Avropa Liqasının 2020/2021-ci il mövsümünün qrup mərhələsində və 2021-ci il Millətlər Liqasının final mərəlsində tətbiq ediləcək.