27.09.2018 16:04
2449

Bu gün Bakı Olimpiya Stadionunda FIFA referiləri, FIFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnslektorlar Komitəsinin sədri Fritz Stuchlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras rəhbərlik edib.