27.09.2018 16:29
2553

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə futbolçular arasında yaranan münaqişənin dozası getdikcə artır. İngiltərə mətbuatının verdiyyi məlumata görə, bu münaqişə təkcə Poqba ilə məhdudlaşmır. "MY"in adlarının çəkliməsini istəməyən bir neçə aparıcı futbolçusu Mourinyonun iş metodundan bezdiklərini biliriblər. Futbolçulardan biri hətta onun rəhbərliyi altında oynamaq istəmədiyini açıqlayıb. Onun dediyinə görə vəziyyət dəyişməsə, bir neçə aparıcı futbolçu transfer üçün rəhbərliyə müraciət edəcək.