bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Soni Mustivar milli komandaya çağırıldı

28.09.2018 12:46 Oxundu 2676

"Neftçi” PFK-nın futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində oktyabrın 13-də baş tutacaq Sent-Lusia – Haiti matçına çağırılıb. Futbolçu oktyabrın 6-dan 15-dək ölkəsinin milli komandasının düşərgəsində olacaq

Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.