28.09.2018 14:26
2477

İtaliyanın keçmiş baş naziri, "Milan" klubunun keşmiş sahibi Silvio Berluskoni İtaliyanın üçüncü divizion klubu olan "Montsa"'nın satın alması işini başa çatdırıb. Bu barədə məlumatı "Football Italia" portalı klubun mətbuat xidmətinə istinadən verilib.
Əvvəllər "Milan"ın vitse-prezidenti vəzifəsini icra edən Adriano Qalliani klubun icraçı direktoru təyin edilib.
Klubun səhmdarlarının yığıncağında Qalliani, Nikola Kolombo (prezident), Paolo Berluskoni (Silvionun kiçik qardaşı), Roberto Mazzo və Danilo Pelleqrini də daxil olmaqla yeni bir idarə heyəti təsdiqlənib.