bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Mourinyo "MY"-ə 26 milyon avro ziyan vura bilər

28.09.2018 15:56 Oxundu 2807

Son günlər "Mançester Yunayted" də futbolçularla baş məşqçi Joze Mourinyo arasınada münaqişə qızışmaqdadır. Hətta bəzi futbolçular qış transfer pəncərəsi zamanı komandanı tərk etmək barədə düşünürlər. İndi rəhbərlik dilemma arasında qalıb: ya futbolçuların getməsi ilə barışmalıdır, ya da baş məşqçini istefaya göndərməlidir. Əgır ikinci yol seçilərsə, onda "MY" Mourinyaya 26 milyon avro təzminat ödəməlidir. Bu barədə AS nəşri məlumat yayıb.

Digər tərəfdən Le10sport nəşri iddia edir ki, artıq "MY" rəhbərliyi yeni məşqçi axtarışına başlayıb. Namizədlər arasında "Tottenhem"in məşqçisi Mourisio Poçettino da var.