bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Joze Mourinyo: "Poqba yaxşı futbolçudur, amma yaxşı kapitan deyil"

28.09.2018 18:26 Oxundu 1936

"Mançester Yunayted" in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 7-ci turunda "Vest Hem" ilə qarşılaşmadan əvvəl fransalı yarımmüdafiəçi Paul Poqba ilə aralarındakı münasibətləri barədə danışib.

"Poqba digər oyunçularda heç nə ilə fərqlənmir, hər kəs kimi o da futbolçudur, amma hesab edirəm ki, heç bir oyunçu klubdan daha yüksək ola bilməz. Mən onun işindən razıyam, buna görə oynayır. Haçan razı qalmasam o ehtiyatda oturacaq. İndi məşqdə özünü aparması xoşuma gəlir. Komandamızın şəxsi keyfiyyətləri olan güclü futbolçulara ehtiyacı var. Buna görə, sabah Poqba oynayacaq.

Mən komandamın hər futbolçunu təhlil etməyə çalışıram. Uzun müddət düşündüm və Poqbanın kapitan deyil, yalnız bir futbolçu olduğu qərarına gəldim. Poqba yaxşı futbolçudur, amma yaxşı kapitan deyil. Ona görə də kapitan sarğısını ondan aldım."- deyə Mourinyo "Mançester Eveninq Nyus" qəzetinə açıqlama verib.