bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Karlo Ançelotti: "Qızıl Topu hər il Ronaldo almalıdır"

29.09.2018 11:46 Oxundu 3073

"Napoli" nin baş məşqçisi Karlo Ançelotti “Yuventus”un qolçusu Kristiano Ronaldo haqqında fikirlərini bildirib.

“Çox şadam ki, Ronaldo indi İtaliyada oynayır. O bütün komandalar üçün dəyərli futbolçudur. Mən “Real”da məşqçi olarkən vurduğu qollara ona minnətdaram. Hesab edirəm ki, “Qızıl Top”u hər il Ronaldo almalıdır. O ki, qaldı qarşıdakı “Napoli”-“Yuventus” oyununa, bu təkcə Ronaldo-İnsinye mübarizəsi olmayacaq. Qələbə üçün hamı hamiya qarşı oynayacaq. Kim güclü olsa, o da qalib gələcək”, - deyə Ançelotti Goal.com saytına bildirib.