29.09.2018 21:27
2633

Topaz Primyer Liqasının VI turu “Baksel-Arenna” da “Neftçi” – “Səbail” oyunu ilə start götürüb. Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan meydan sahibləri erkən qolla hesabə açıblar. Dario fərqlənib. Bundan sonra irəli atılan qonaqlar “Neftçi”ni öz qapısına tərəf sıxışdırsa da uğur qazana bilməyib. Fasiləyə qədər “Neftçi” daha iki dəfə qonaqları meydançanın mərkəzinə dəvət edib. Dabo və Dario qollarən müəllifi olublar. İkinci hissədə ssenari dəyişməyib. Dabo dubl edərək oyunun hesabını müəyyən edib – 4:0.